“Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”- Sahil Babayev
20 İyun, 14:22   |    Baxış sayı: 184

“Gələn il yanvarın 1-dən pensiyalar əlavə olaraq 15 faiz artacaq”- Sahil Babayev

"Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir”.

Diasporpress.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

O qeyd edib ki, Azərbaycanda orta əmək haqqı artımı proqnozu bu il üçün 15 faizdir: "Buna uyğun olaraq, gələn il yanvar ayının 1-dən indeksasiya ilə bütün pensiyaçılarımızın pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, sadəcə proqnozdur. Pessimist proqnozla 12-13 faiz artım, orta proqnozla 15 faiz artım gözlənilir. Bunun nəticəsində gələn il yanvarın 1-dən bütün pensiyalar həmin proqnoza uyğun olaraq indeksasiya ediləcək”.

 

Diasporpress.az