Futzal üzrə Azərbaycan Yüksək Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb
04 Sentyabr, 17:42   |    Baxış sayı: 34

Futzal üzrə Azərbaycan Yüksək Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb

Sentyabrın 4-də Bakı İdman Sarayında futzal üzrə Azərbaycan Yüksək Liqasının 2019-2020-ci il mövsümünün püşkü atılıb.

Diasporpress.az xəbər verir ki, ölkə çempionatının yeni mövsümündə 10 komanda birincilik uğrunda yarışacaq.

Püşkə əsasən birinci turda "Bakı TFK"-"Yasamal", "Araz"-"Baku Fire", "Xızı"-"Record", "Premyer"-EKOL və "Marafon"-"Neftçi" görüşləri keçiriləcək.

Birinci turun oyunları sentyabrın 11-də təşkil olunacaq.
 
Diasporpress.az