Fuad Muradov “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb
04 Sentyabr, 11:07   |    Baxış sayı: 41

Fuad Muradov “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb.

Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızının Diasporpress.az-a verdiyi məlumata görə 3 sentyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi "Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun iştirakı ilə Gənclərin İnkişaf və Karyera Mərkəzində görüş keçirilib. Qalib gəncləri təbrik edən və onlara uğurlar arzulayan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasəti barədə məlumat verib. Gəncləri təbrik edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov  ölkənin inkişafı, diaspor hərəkatının güclənməsi, Azərbaycan diasporunun yol xəritəsi, gənclərin bu sahədə rolu və xüsusilə xaricdə təhsil alan gənclərimizin diaspor fəaliyyətinə verəcəyi töhfələrlə bağlı fikirlərini diqqətə çatdırıb. Daha sonra qonaqlar diaspor gənclərinin suallarına cavab veriblər, fikir mübadiləsi aparılıb.
 
Fuad Muradov

Fuad Muradov

Fuad Muradov

Fuad Muradov

Fuad Muradov

Diasporpress.az