Fransada nazirlər bələdiyyə seçkilərinə namizədliklərini irəli sürə biləcəklər
05 Sentyabr, 11:26   |    Baxış sayı: 37

Fransada nazirlər bələdiyyə seçkilərinə namizədliklərini irəli sürə biləcəklər

Fransada nazirlər 2020-ci ildə keçiriləcək bələdiyyə seçkilərinə namizədliklərini irəli sürə və hökuməti tərk etmədən seçki kampaniyası apara biləcəklər.

Diasporpress.az xəbər verir ki, bu fikirləri Fransanın Baş Naziri Eduard Filip sentyabrın 4-də keçirdiyi mətbuat konfransında söyləyib.

Baş Nazir bildirib ki, nazirlər 2019-cu ilin sonunadək öz vəzifələrini icra etməli və 2020-ci ilin yanvarından etibarən mer seçilmək üçün bələdiyyə seçkilərinə namizəd olmalıdırlar.

Lakin hökumətin qəbul etdiyi qaydaya görə, nazirlər eyni zamanda bir neçə funksiyanı yerinə yetirə bilməzlər. Buna görə də 2020-ci ilin martında keçiriləcək seçkilərdə qalib gələcəkləri halda, nazirlər iki funksiyadan birini seçməli olacaqlar.
 
Diasporpress.az