Fransa parlamentində Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi ilə bağlı tədbir keçiriləcək
13 May, 14:06   |    Baxış sayı: 73

Fransa parlamentində Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi ilə bağlı tədbir keçiriləcək

Fransa Milli Assambleyasında (parlament) Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilən seminar keçiriləcək.

DiasporPress.Az-ın xəbərinə görə, tədbir iyunun 7-də Fransa-Azərbaycan dostluq qrupunun təşkilatçılığı ilə baş tutacaq. 

"Qadın hüquqları, Azərbaycandan nümunə, qərblə şərqin qovşağında" adlı seminarı qurumun rəhbəri Pyer Alən Rafan aparacaq.

Tədbirdə Fransa Milli Assambleyasının deputatları və digər şəxslər iştirak edəcəklər.(report)