Finlandiya şirkəti Azərbaycanda yeni layihələr və texnologiyalar tətbiq etməyə başlayıb
05 Avqust, 10:28   |    Baxış sayı: 153

Finlandiya şirkəti Azərbaycanda yeni layihələr və texnologiyalar tətbiq etməyə başlayıb

Qaz, neft və digər xammal ilə işləyən elektrik stansiyaları üçün generatorlar və digər avadanlıq istehsal edən Finlandiyanın maşınqayırma sahəsində açıq şirkəti "Wärtsilä Oyj Abp" Azərbaycanda yeni layihələr və texnologiyalar tətbiq etməyə başlayıb.

Diasporpress.az xəbər verir ki, bu barədə şirkətdən məlumat veriblər.

Şirkətdən bildiriblər: "Enerji sektorunda biz ehtiyat hissələri tədarük edirik və mövcud elektrik stansiyasları üçün xidmət göstəririk. Biz həmçinin sahə strukturlarının nümayəndələri ilə qlobal enerji keçidi, enerji sistemlərinin modernləşdirilməsi və onların Xəzərdə yerli enerji sistemlərinə təsirini müzakirə edirik".

"Wärtsilä Oyj Abp"dən qeyd ediblər ki, dəniz sektorunda da böyük fəallıq müşahidə olunur: "Biz gəmiqayırma, gəmi təmiri, Xəzər dənizində gəmiqayırma sahəsində xidmət göstərən və özündə inteqrasiya olunmuş tərsanə əks etdirən Bakı Gəmiqayırma Zavodu üçün əsas avadanlıq tədarükçülərindən biriyik. Hazırda biz yerli tərəfdaşlarla əməkdaşlığımızın möhkəmləndirilməsi üzərində işləyirik. Bundan əlavə, biz "Wärtsilä"nın yeni layihələr və texnologiyalarını Azərbaycan bazarına tətbiq etməyə və onlara gələcəkdə yüz faiz bərpa olunan enerjiyə doğru yol göstərməyə başlamışıq. Həmçinin, biz həm enerji, həm də dəniz sektorlarında istifadə olunan avadanlıqların səmərəliliyinin artırılması üçün yardım göstərmək istərdik".
 
Diasporpress.az