Əskişəhər Azərbaycanlılar Dərnəyi 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə Taşbaşı Mədəniyyət mərkəzində konfrans təşkil edib
21 Yanvar, 11:25   |    Baxış sayı: 1785

Əskişəhər Azərbaycanlılar Dərnəyi 20 Yanvar Şəhidlərinin əziz xatirəsinə Taşbaşı Mədəniyyət mərkəzində konfrans təşkil edib

Diasporpress.az xəbər verir ki, Konferans açılışından sonra bütün Türk Dünyasının Şəhidləri 1 dəqiqəlik sükutla yadedilib.
Sonra Türkiyə Respublikası İstiqlal Marşı və Azərbaycan Dövlət Himni səsləndirilib.

Əskişəhər Azərbaycanlılar Dərnəyinin Sədri Cavid Aydın 20 Yanvar’ın Azərbaycan tarixi üçün önəmindən danışıb. "20 Yanvar Azərbaycaan’ın qanlı tarixi olmasıyla yanaşı eyni zamanda şanlı bir tarixidir. 20 Yanvarda sadəcə bir çiçəyin deyil eyni zamanda bir millətin müqəddəratı həll olundu və dəyişdi”.

Daha sonra programın aparıcısı Zahir Hacızadə o günkü Azadlıq hərəkatını və Azərbaycan xalqının dirənişini yansıtan "Ayağa dur Azərbaycan” şeirini səsləndirib.
Şeirdən sonra 19 Yanvarı 20’ə bağlayan gecə yaşananları və Şəhidlərin dəfn mərasimini göstərən video nümayiş edilib.

Konferansın mühazirəçisi Əskişəhər Azərbaycanlılar Dərnəyi sədr müavini Sirac Yaguboğlu 20 Yanvar hadisələrinə qədər Azərbaycan’da yaşananlar, eyni zamanda Sovet işğalı dönəmində Azərbaycan aydınlarının sürgün edilməsi və Azərbaycan tarixinin dəyişdirilərək ermənilərin tarixin fərqli dönəmlərində Azərbaycanlılar qarşi törəttikləri cinayətləri ört bastır ettiklərindən danışıb. 1988 ‘də ermənilərin Qarabağ’da torpaq iddiası və yaşanan özbaşınalıqların nəticəsi olaraq Azərbaycan xalqının ayağa qalxdığını, artıq Sovet imperiyasından əlini üzən xalqın müstəqil şəkildə öz torpaqlarını qorumaq istədiyini vurğulayıb.

20 Yanvar Azərbaycan üçün azadlıq atəşinin yanmağa və bir daha əsla sönməyəcəği bir gün olaraq tarix səyfələrində öz yerini aldı. O gecə Azərbaycan şəhidlərin qanının qarşılığı olaraq müstəqilliyinə qovuşdu. 20 Yanvar Azərbaycan tarixində yenidən var oluşun başlanğıc günüdür. Kağız üstündə alınan rəsmi müstəqillik günümüz 18 Oktyabr 1991 olsa da əslində Azərbaycan xalqı 20 Yanvar günü Sovet işğalını sonlandıraraq müstəqil oldu.

Azərbaycanlı tələbələrimizdən Səxavət Dadaşov Bəxtiyar Vahabzadə’nin "Şəhidlər” şeirini oxuduqdan sonra Kızılelma Turan Dərnəyi Sədri Ahmet Hızlan bəy, "Bir Millət İki Dövlət olarak Azərbaycan’da yaşanan 20 Yanvar hadisələrinin acısını içimizdə hissettik və qardaşlarımızın sevincinə və kədərinə ortaq olduq. Azərbaycan 20 Yanvar hadisəsindən sonra şanlı bir tarix yazdı və müstəqilliyinə qovuşdu. Yaşasın müstəqil Azərbaycan, yaşasın Türkiyə Azərbaycan qardaşlığı” dedi və Sirac Yaguboğluna təşəkkürnamə təqdim edib.

Programın sonunda dinləyicilərlə xatirə şəkilləri çəkilib: