Ədəbiyyat İnstitutu növbəti aylarda keçirəcəyi tədbirləri müəyyənləşdirib
04 Sentyabr, 21:49   |    Baxış sayı: 125

Ədəbiyyat İnstitutu növbəti aylarda keçirəcəyi tədbirləri müəyyənləşdirib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoryanı müşavirəsinin növbəti iclası keçirilib.

İnstitutdan Diasporpress.az-a bildirilib ki, iclasda İlk olaraq "Ədəbi proses” müşavirəsinin keçirilməsinə hazırlığın vəziyyəti müzakirə olunub. Tədbirin keçirilmə vaxtı sentyabrın 13-nə müəyyən edilib.

Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin və "Ədəbiyyat qəzeti”nin yubileyi ilə bağlı tədbirə və "Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiyaya hazırlıq işləri diqqətə çatdırılıb.

Akademik Məmməd Cəfər Cəfərovun anadan olmasının 110 illiyinə həsr edilən yekun tədbirin oktyabrın 1-də keçirilməsi qərara alınıb.

Oktyabrın 18-də isə uşaq ədəbiyyatına həsr olunan beynəlxalq elmi konfransın keçirilməsi müəyyənləşdirilib.
 
Diasporpress.az