Dövlət Komitəsinin sədri əməkdar jurnalist Mixail Qusmanı təbrik edib
23 Yanvar, 10:46   |    Baxış sayı: 1676

Dövlət Komitəsinin sədri əməkdar jurnalist Mixail Qusmanı təbrik edib

Yanvarın 23-də Rusiya Federasiyası TASS agentliyinin baş direktorunun birinci müavini, Rusiyanın Əməkdar jurnalisti Mixail Qusmanın 70 yaşı tamam olur.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov tanınmış soydaşımızı bu münasibətlə təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli, Mixail Solomonoviç! 70 illik yubileyiniz münasibətilə mənim ən səmimi təbrik və xoş arzularımı qəbul edin!

Öz yorulmaz fəaliyyətinizlə Siz müxtəlif coğrafi məkanlarda layiqli hörmət qazanmısınız. Peşəkarlığınız, yaradıcı potensialınız və öz tarixi Vətəninizə sevginiz rəhbərlik etdiyiniz layihələrdə Azərbaycanı obyektiv şəkildə təqdim etməyə imkanlar yaradıb. Əminəm ki, Sizə xas olan dərin biliklər, tükənməz enerji Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında mədəniyyətlərarası qarşılıqlı anlaşmanın gələcək inkişafına yardım göstərəcək.

Sizə möhkəm can sağlığı, yeni peşəkar nailiyyətlər və uğurlar arzulayıram".