Dövlət Komitəsinin nümayəndəsi Münhendə yaşayan soydaşlarımızla görüşüb
15 Oktyabr, 16:27   |    Baxış sayı: 72

Dövlət Komitəsinin nümayəndəsi Münhendə yaşayan soydaşlarımızla görüşüb

Diasporpress.az xəbər verir ki, Almaniyanın Münhen şəhərində yaşayan azərbaycanlılar bir araya gəlib. Toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Fuad İsmayılzadə iştirak edib.

Toplantı zamanı Azərbaycanın diaspor siyasəti, Dövlət Komitəsinin bu istiqamətdə atdığı addımlar, həyata keçirdiyi layihələr, xaricdə yaşayan həmvətənlərimizin yerli cəmiyyətə inteqrasiyası, şəbəkələşməsi və daha mütəşəkkil fəaliyyətə nail olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verilib. Aktual məsələlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb, gələcək fəaliyyətin daha səmərəli qurulması istiqamətində müxtəlif təkliflər səsləndirilıb.

Dövlət Komitəsi tərəfindən Münhen şəhərində resurs mərkəzinin yaradılması ideyasının məqsədəuyğun hesab olunduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.