Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub - FOTO
13 İyul, 11:29   |    Baxış sayı: 210

Dövlət Komitəsində Cümhuriyyət varislərinə medallar təqdim olunub - FOTO


Dövlət Komitəsindən Diasporpress.az-a verilən məlumata görə, təqdimatda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan Xalq Cümhuriyyət qurucularının xidmətlərindən danışıb, onların varislərinin "Yubiley medalı” ilə təltif edilməsinə görə ölkə başçısına kollektiv adından dərin minnətdarlığını bildirib.

"Yubiley medalı”na layiq görülmüş AXC-nin ilk yollar, poçt və teleqraf naziri Xudadat bəy Məlikaslanovun nəvəsi, dirijor, Azərbaycanın xalq artisti Ramiz Məlikaslanov və Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi, şair Əhməd Cavadın nəvəsi Anar Axundzadə, öz növbəsində, babalarının xidmətlərinə verilən qiymətə və onlara göstərilən diqqətə görə ölkə Prezidentinə təşəkkür ediblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdimatı ilə "Yubiley medalı” ilə təltif olunmuş şəxslər arasında Azərbaycan diasporunun Amerika Birləşmiş Ştatlarındakı fəal nümayəndələrindən biri Əbülfəz Bahaduri də var.
 
Diasporpress.az