Dövlət Komitəsində Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüş keçirilib
01 Noyabr, 16:19   |    Baxış sayı: 44

Dövlət Komitəsində Amerika Yəhudi Komitəsinin üzvləri ilə görüş keçirilib

Diasporpress.az xəbər veri ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Amerika Yəhudi Komitəsinin müxtəlif yəhudi diaspor təşkilatlarını təmsil edən nümayəndə heyəti ilə görüşüb.
Dövlət Komitəsinin sədri nümayəndə heyətini salamlayaraq belə görüşlərin artıq ənənəvi hal aldığını, eləcə də Amerika Yəhudi Komitəsi ilə dostluq və əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib. O qeyd edib ki, "Amerika Yəhudi Komitəsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında yaxından iştirak edir".
Qonaqlara Azərbaycanın diaspor siyasəti, Komitənin gördüyü işlər, müxtəlif diaspor təşkilatları, icmalarla qurulan əlaqələr, eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, erməni lobbisinin və ermənipərəst qüvvələrin dünyanın hər yerində, o cümlədən ABŞ-da vaxtaşırı təxribat xarakterli əməllər törətməsi barədə ətraflı məlumat verilib.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Amerika Yəhudi Komitəsinin üzvləri Azərbaycana səfərlərindən məmnun olduqlarını qeyd edib və Amerika Yəhudi Komitəsinin ölkəmizlə əlaqələrə xüsusi önəm verdiyini diqqətə çatdırıblar.
Qonaqlar keçirdikləri görüşlərlə bağlı təəssüratlarını bölüşüb, ölkəmizin tarixi və mədəniyyətinə maraqlarını ifadə ediblər.
Görüşdə həmçinin Dövlət Komitəsi ilə Amerika Yəhudi Komitəsi arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir çox məsələlər müzakirə edilib.
Qeyd edək ki, Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti oktyabrın 28-dən Bakıda səfərdədir və səfər çərçivəsində bir sıra rəsmi görüşlərdə iştirak ediblər.