Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
07 Avqust, 13:21   |    Baxış sayı: 76

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib

Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.

Mərkəzdən Diasporpress.az-a bildirilib ki, jurnalın bu nömrəsində ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin siyahısı, qəbul olduqları ixtisasların kodları, ixtisaslar üzrə formalaşmış keçid balları və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 və Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanlarda yerləşən "Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in saytının "Elektron xidmətlər” bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).
 
Diasporpress.az