“Dorian” qasırğası Meksika körfəzinə doğru irəliləyir
26 Avqust, 13:55   |    Baxış sayı: 82

“Dorian” qasırğası Meksika körfəzinə doğru irəliləyir

Meksika körfəzinə doğru növbəti şiddətli "Dorian” qasırğası irəliləyir.

Diasporpress.az ABŞ-ın Milli Qasırğalar Mərkəzinin məlumatına istinadla xəbər verir ki, "Dorian” adlanan tropik qasırğa Atlantik okeanında əmələ gəlib və Birləşmiş Ştatlara doğru istiqamət götürüb. Sinoptiklər "Dorian”ın artıq sabah axşamadək tufana çevriləcəyini təsdiqləyirlər. Onlar bəyan ediblər ki, bazar günü qasırğanın ocağı təxminən Barbadosda 500 kilometr cənub-şərqdə yerləşib və saatda 20 kilometr sürətlə qərbə doğru irəliləyib.

Ehtimal var ki, sonrakı iki gün ərzində "Dorian” Puerto-Riko sahillərindən keçərək qərbə və ya şimal-qərbə üz tutsun. Puerto-Riko, Virgin adaları və Haiti administrasiyasına qasırğanın irəliləməsini izləmək məsləhət görülüb. "Royal Caribbean cruises” kruiz şirkəti Qərbi Karib dənizi istiqamətində iki gəmisinin ("Symphony of the Seas” və "Harmony of the Seas”) yolunu dəyişib.

Əgər "Dorian” birinci dərəcəli tufana çevrilərsə, o zaman küləyin gücü saatda 120-150 kilometrədək təşkil edəcək.
 
Diasporpress.az