“Dinamo” Kiyev yeni baş məşqçini açıqlayıb
15 Avqust, 20:18   |    Baxış sayı: 81

“Dinamo” Kiyev yeni baş məşqçini açıqlayıb

Kiyevin "Dinamo” futbol klubunun rəhbərliyi komandaya yeni baş məşqçini müəyyənləşdirib.

Diasporpress.az Sport.ua-ya istinadla xəbər verir ki, baş məşqçi vəzifəsinə komandanın idman direktoru Aleksey Mixailiçenkonun gətirilməsi üçün razılıq əldə edilib. Bununla bağlı yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Xatırladaq ki, A.Mixailiçenko 2002-2004-cü illərdə də Kiyev "Dinamo”sunun baş məşqçisi olub. Komandanın əvvəlki baş məşqçisi Aleksandr Xatskeviç dünən vəzifəsindən uzaqlaşdırılıb.
 
Diasporpress.az