“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə aparılıb - FOTO/VİDEO
12 İyul, 17:20   |    Baxış sayı: 54

“Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə aparılıb - FOTO/VİDEO

"Nəsimi-650 Diaspor Gənclərinin II Yay Düşərgəsi”nin iştirakçıları ilə "Diaspor fəaliyyəti və media” mövzusunda müzakirə təşkil edilib. 

Diasporpress.az xəbər verir ki, müzakirədə ekspert qismində "APA Holding” MMC-nin rəhbəri Vüsalə Mahirqızı, "525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid və Diasporla İş üzrə Dövlət Komitəsinin sektor müdiri Cahid İsmayıloğlu iştirak edib.

Azərbaycan mediasının bu günkü fəaliyyəti və perspektivləri barədə məlumat verilib, daispor fəaliyyətində medianın rolu qiymətləndirilib.

Gənclər Azərbaycan mediasının beynəlxalq əlaqələri barədə maraqlı suallar səsləndiriblər. Sosial şəbəkədə gənclərin fəallığı, xaricdə media orqanı təsis etmək imkanları, diaspor gənclərinin şəbəkələşməsində yeni medianın rolu, müasir müzakirə platformalarının yaradılması kimi məsələlərlə əlaqədar geniş fikir mübadiləsi aparılıb. 

Diasporla İş üzrə Dövlət Komitəsinin hazırladığı infoqrafik diaspor xəritəsi gənclərə təqdim olunub.
 




















Diasporpress.az