Dağlıq Qarabağın Azərbaycanlı İcmasının
14 May, 09:38   |    Baxış sayı: 192

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının "Twitter" hesabına qoyulan blok aradan qaldırılıb

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəsmi "Twitter" hesabının üzərinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

DiasporPress.Az  xəbər verir ki, bunu icma rəhbəri Tural Gəncəliyev deyib. 

"Gələcəkdə icmamıza qarşı bu kimi halların davam edəcəyini və icmaya qarşı saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram", - T.Gəncəliyev bildirib.