Coğrafiya İnstitutunda kənd əhalisinin demoqrafik inkişaf xüsusiyyəti araşdırılır
26 Avqust, 16:06   |    Baxış sayı: 34

Coğrafiya İnstitutunda kənd əhalisinin demoqrafik inkişaf xüsusiyyəti araşdırılır

AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda Azərbaycanda kənd əhalisinin demoqrafik inkişaf xüsusiyyəti, cins strukturunda baş verən tendensiya və onun səbəbləri araşdırılır, bunun yaradacağı problemlər təhlil olunur. Problem ölkənin şəhər və kəndləri üzrə müqayisəli tədqiq edilir.

İnstitutdan Diasporpress.az-a bildirilib ki, cəmiyyətin ilkin inkişaf mərhələlərində, əhalinin böyük əksəriyyətinin kənd yerlərində yaşadığı zamanda əhalinin təbii artımının çoxu kənd əhalisi hesabına olub. Urbanizasiya prosesi inkişaf etdikcə, ümumi əhalinin tərkibində şəhər əhalisinin sayı və payı artdıqca əhalinin ümumi təbii artımında şəhər əhalisinin xüsusi çəkisi artıb, kənd əhalisinin payı isə tədricən azalıb. Baxmayaraq ki, kənd əhalisinin nisbi təbii artım göstəricisi həmişə ümumi əhalinin və şəhər əhalisinin təbii artımından yüksək olub. Azərbaycanda da bu proses əsasən baş versə də, hazırda əhalinin təbii artımının mütləq və nisbi göstəriciləri kənd yerlərinin xeyrinədir.
 
Diasporpress.az