Böyük Britaniya ABŞ-ın xahişini nəzərə almayaraq İran gəmisini azad edib
19 Avqust, 13:03   |    Baxış sayı: 776

Böyük Britaniya ABŞ-ın xahişini nəzərə almayaraq İran gəmisini azad edib

Böyük Britaniya tərəfindən həbs olunan, lakin məhkəmənin qərarına əsasən azad edilən İranın "Grase-1” gəmisi bu axşam Hibraltarı tərk edib.

Diasporpress.az xəbər verir ki, bu barədə İranın Böyük Britaniyadakı səfiri Həmid Bəninecad məlumat verib.

O bildirib ki, məhkəmə qərarı ilə 3 gün əvvəl azad edilən gəmi və ekipaj bu axşam Hibraltarı tərk edib. Səfir nəzərə çatdırıb ki, gəminin adı dəyişdirilərək "Adrian Dara” qoyulub. ABŞ-ın gəminin həbsdə saxlanılması haqqında təkidli xahişinə baxmayaraq məhkəmə beynəlxalq qanunlara əsasən qərar qəbul edib. Böyük Britaniya hökuməti də ABŞ-ın xahişinə əməl etməyib və gəmini həbsdə saxlamaqdan imtina edərək azadlığa buraxıb.
 
Diasporpress.az