“Biz sülhün carçılarıyıq” adlı rəsm saatı keçirilib
04 Sentyabr, 14:27   |    Baxış sayı: 45

“Biz sülhün carçılarıyıq” adlı rəsm saatı keçirilib

Yasamal rayon MKS-nin X.B.Natəvan adına 4 nömrəli kitabxana filialı "Sülh aylığı” çərçivəsində "Biz sülhün carçılarıyıq” adlı rəsm saatı keçirib.

Kitabxanadan Diasporpress.az-a bildirilib ki, əvvəlcə Qarabağ uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Filialın müdiri Turanə Əmirova və böyük kitabxanaçı Hilanə Babayeva oxuculara "Sülh aylığı”nın əhəmiyyətindən danışıb. Oxucular sülh haqqında düşüncə və anlayışlarını çəkdikləri rəsmlərdə təsvir ediblər.

Rəsm saatının sonunda filial əməkdaşları oxucuları sülh haqqında kitablarla tanış ediblər.
 
Diasporpress.az