Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Gürcüstanda xüsusi nümayəndəlik açacaq
30 Avqust, 14:27   |    Baxış sayı: 103

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Gürcüstanda xüsusi nümayəndəlik açacaq

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Gürcüstanın Rustavi şəhərində xüsusi nümayəndəlik açacaq.

Diasporpress.az xəbər verir ki, bununla əlaqədar olaraq federasiya ilə Gürcüstanın Kvemo Kartli bölgə rəhbərliyi arasında memorandum imzalanıb.

Gürcüstan Qırmızı Xaç Cəmiyyətindən bildiriblər ki, regional nümayəndəlik ölkə ərazisində fövqəladə hallar zamanı təbii fəlakətlərə hazırlıq, hadisələrə vaxtında və çevik reaksiya vermək kimi məsələləri qarşıya məqsəd qoyub.

Yeni qurum təkcə Gürcüstanda deyil, Cənubi Qafqaz ölkələrində də fəaliyyət göstərmək niyyətindədir. Federasiyanın vitse-prezidenti Kerem Kinnik bununla əlaqədar Gürcüstanın hökumət üzvləri və əlaqədar təşkilatları ilə məsləhətləşmələr aparacaq.
 
Diasporpress.az