“Azeri Light”ın bir barrelinin qiyməti 63 dolları ötüb
29 Avqust, 13:05   |    Baxış sayı: 39

“Azeri Light”ın bir barrelinin qiyməti 63 dolları ötüb

Azərbaycan neftinin qiyməti bahalaşıb.

Diasporpress.az xəbər verir ki, "Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,01 dollar artaraq 63,56 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.
 
Diasporpress.az