Azərbaycanın U-17 komandası latviyalı həmyaşıdları ilə qarşılaşacaq
29 Avqust, 10:02   |    Baxış sayı: 74

Azərbaycanın U-17 komandası latviyalı həmyaşıdları ilə qarşılaşacaq

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Kiyevdə təşkil olunan Viktor Bannikov beynəlxalq turnirinin qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Diasporpress.az xəbər verir ki, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq görüşdə komandamız Latviyadan olan həmyaşıdları ilə qarşılaşacaq.

Qeyd edək ki, millimiz qrup mərhələsi çərçivəsində İsrail komandasına 0:6, Ukrayna seçməsinə isə 2:4 hesabı ilə məğlub olub.
 
Diasporpress.az