Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul, 17:58   |    Baxış sayı: 49

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir

İyulun 15-də Milli Məclisdə Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir.

Diasporpress.az xəbər verir ki, görüşdə çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tədbirin vacib əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, bu kimi görüşlər ölkələrimiz arasında münasibətlərin inkişafına töhfə verir.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır beynəlxalq təhdidlərə qarşı birgə mübarizənin vacibliyinə toxunub.

Gürcüstan parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Sofio Katsarava bu formatda görüşün mütəmadi olaraq keçirilməsinin önəmli olduğunu deyib.
 
Diasporpress.az