Azərbaycan Nyu-York Assosiasiyası Vətənimizi təmsil edib
25 Sentyabr, 12:08   |    Baxış sayı: 891

Azərbaycan Nyu-York Assosiasiyası Vətənimizi təmsil edib

Sentyabrın 23-də ABŞ-ın Pensilvaniya ştatının Harrisbörq (Harrisburq) şəhərində
Beynəlxalq mədəniyyət günü keçirilib.

Tədbirdə Vətənimizi Azərbaycan Nyu-York Assosiasiyasi təmsil edib. Azərbaycan guşəsində
milli  mədəniyyət və incəsənət nümunələrimiz (milli geyimlər, musiqi alətləri, xalçalar, müxtəlif
suvenirlər) sərgilənib. 

Assosiasiya təmsilçiləri milli-mənəvi dəyərləri-miz, eləcə də Qarabağın işğalı ilə bağlı
Pensilvaniyanın vəzifəli şəxslərinə, senator və konqresmenlərə ətraflı şəkildə
məlumat verərək, Azərbaycan həqiqətlərini bir daha onların nəzərinə çatdırıblar.