Azərbaycan nümayəndələri Dağıstanda tatar bayramında iştirak ediblər
15 İyul, 18:56   |    Baxış sayı: 62

Azərbaycan nümayəndələri Dağıstanda tatar bayramında iştirak ediblər

Azərbaycanın "Tatarıstan” İctimai Birliyinin nümayəndələri Dağıstanın Qızılyurd şəhərində iyulun 6-7-də keçirilən birinci Cənubi Sabantuy (saban toyu) tatar bayramında iştirak ediblər.

Diasporpress.az "Rusiya Mədəniyyət-Məlumat Mərkəzi”nə istinadən xəbər verir ki, Dağıstanla Tatarıstan arasında iqtisadi-ticari, elmi-texniki, mədəni əməkdaşlıq sazişi çərçivəsində keçirilən, açılışında Tatarıstan Baş nazirinin müavini, Milli Şura sədri Vəsil Şeyxraziyev və Dağıstan hökuməti sədrinin birinci müavini Anatoli Karibovun iştirak etdiyi bayram tədbirlərində Rusiya Federasiyasının 11 regionu ilə yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan nümayəndələri də iştirak ediblər.

Qədim bayramın mədəni proqramı çərçivəsində milli oyunlar və mahnı müsabiqələri ilə yanaşı təşkil edilən milli həyətlər və alaçıqlarda Tatarıstanın və Dağıstanın ayrı-ayrı xalqlarına məxsus milli məişət və sənətkarlıq nümunələri, milli təamlar təqdim olunub.
 
Diasporpress.az