Azərbaycan hakimləri “Olimpiakos”-“RK Boraç” həndbol oyununu idarə edəcəklər
31 Avqust, 13:32   |    Baxış sayı: 44

Azərbaycan hakimləri “Olimpiakos”-“RK Boraç” həndbol oyununu idarə edəcəklər

Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları növbəti təyinat alıblar.

Diasporpress.az Azərbaycan Həndbol Federasiyasına istinadla xəbər verir ki, təcrübəli referilər Avropa Həndbol Federasiyasının (EHF) Kuboku uğrunda yarışda ədaləti təmsil edəcəklər.

Turnir çərçivəsində keçiriləcək "Olimpiakos” (Yunanıstan)-"RK Boraç” (Bosniya və Herseqovina) görüşü Azərbaycan hakimlərinə həvalə olunub.

Qarşılaşma avqustun 31-də Yunanıstanın Ayos İoannis Rentis şəhərində keçiriləcək.

Oyunun EHF nümayəndəsi slovakiyalı Jan Rudinski olacaq.
 
Diasporpress.az