Azərbaycan Ankarada beynəlxalq festivalda təmsil olunur
31 Avqust, 15:33   |    Baxış sayı: 37

Azərbaycan Ankarada beynəlxalq festivalda təmsil olunur

Ankarada XVI Beynəlxalq Anadolu günləri mədəniyyət və incəsənət festivalının açılışı olub. Mehtər marşının sədaları altında keçirilən təntənəli açılışa minlərlə insan qatılıb.

Diasporpress.az xəbər verir ki, Etimesgut rayon bələdiyyəsi tərəfindən təşkil olunan festivalda Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən ölkəmizə aid stend qurulub. Festival çərçivəsində sentyabrın 8-də Azərbaycan günləri keçiriləcək.

Festival on gün davam edəcək.
 
Diasporpress.az