Astaralı boksçu Avropa birinciliyinin qalibi olub
15 Avqust, 14:17   |    Baxış sayı: 128

Astaralı boksçu Avropa birinciliyinin qalibi olub

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən boks üzrə 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında Avropa birinciliyində Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Məmmədəli Qasımov 44 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qitə çempionu adını qazanıb.

Diasporpress.az xəbər verir ki, Məmmədəli Qasımovu yarışa boks üzrə məşqçi-müəllim Nurlan Məmmədov hazırlaşdırıb.
 
Diasporpress.az