Almaniya Bundesliqası: “Bavariya” ilk turda xal itirib
17 Avqust, 13:31   |    Baxış sayı: 131

Almaniya Bundesliqası: “Bavariya” ilk turda xal itirib

Avqustun 16-da futbol üzrə Almaniya Bundesliqasının 2019-2020-ci illər mövsümünə start verilib.

Diasporpress.az xəbər verir ki, yeni mövsümün açılış oyununda son çempion "Bavariya” ilə "Herta” klubları üz-üzə gəliblər. Görüş məhsuldar heç-heçə ilə başa çatıb – 2:2.

Meydan sahiblərinin qollarına Levandovski imza atıb, qonaqlardan isə Lukebakio və Qruyiç fərqləniblər.
 
Diasporpress.az