Alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 faiz artıb
07 Avqust, 14:15   |    Baxış sayı: 156

Alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 faiz artıb

Aksizli malların istehsalı və dövriyyəsi sahəsində vergi inzibatçılığının və vergi nəzarətinin təkmilləşdirilməsi nəticəsində cari ilin yanvar-iyun aylarında alkoqollu içkilərin istehsalçıları üzrə dövriyyə 73 faiz artıb.

Diasporpress.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyədə də 8,6 dəfə artım olub. Bu sahələrdə elektron qaimə- fakturalar ilə rəsmiləşən dövriyyələrdə isə müvafiq olaraq 92,7 faiz və 10,8 dəfə artım müşahidə olunub. 
 
Diasporpress.az