ABŞ-ın neft ehtiyatları 443 milyon barrelə düşüb
31 İyul, 20:36   |    Baxış sayı: 138

ABŞ-ın neft ehtiyatları 443 milyon barrelə düşüb

Ötən həftə Birləşmiş Ştatların xam neft ehtiyatları kəskin azalıb.

Diasporpress.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 6 milyon barrel azalaraq 443 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların azalacağı istiqamətində idi. Əvvəlki həftə isə ehtiyatlar 10,9 milyon barrel geriləmişdi.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.
 
Diasporpress.az