Adil Əliyev və Toğrul Allahverdili Rustavi-2 kanalında Gürcüstana etirazlarını bildirdilər - VİDEO
24 Yanvar, 22:43   |    Baxış sayı: 909

Adil Əliyev və Toğrul Allahverdili Rustavi-2 kanalında Gürcüstana etirazlarını bildirdilər - VİDEO

Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsinin ucaldılması Azərbaycan ictimaiyyətində birmənalı qarşılanmayıb. 
 
Diasporess.az xəbər verir ki, bununla əlaqədar Milli Məclisin deputatı Adil Əliyev və Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili "Rustavi-2" televiziyasına müsahibəsində Gürcüstan hakimiyyətinə qarşı etirazlarını bildiriblər.
 
Millət vəkili Adil Əliyev bildirib ki, M.Avagyan Dağlıq Qarabağın işğal olunmasında iştirak etdiyi kimi, Gürcüstanın Abxaziya vilayətinin də işğalında yaxından iştiraka edib. O, Azərbaycana düşmən olduğu kimi Gürcüstana da düşmən olmalıdır. Çünki Gürcüstanın torpaqlarının bir hissəsinin işğal olunmasında onun da böyük rolu var. O, hər iki xalıqn düşmənidir. Avagyan hər iki ölkənin torpaq uğrunda gedən döyüşlərində həm azərbaycanlılara, həm də gürcülərə qarşı törətdiyi qəddarlığı ilə tanınır. Demək istəyirəm ki, onun kimi bir adama Gürcüstanda abidə ucaldılması sadəcə yoverilməzdir. Bu fakt bizi çox narahat edir. Çünki Gürcüstan və Azərbaycan strateji tərəfdaş ölkələrdir. Düşünürəm ki, Gürcüstan höküməti qısa müddətdə buna reaksiya verməlidir".
 
 
Azərbaycan Diasporu İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili isə bildirib ki, Gürcüstanda erməninin abidəsinin ucaldılması iki ölkə arasında dostluq münasibətlərinə xələl gətirə bilər. O, bir neçə gün bundan əvvəl ölkənin Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılmasına etirazını bildirib. 
 
T.Allahverdili qeyd edib ki, Gürcüstan da Azərbaycan dövləti kimi torpaqlarının bir hissəsi işğal olunan ölkələrdəndir: "Azərbaycan torpaqlarının işğalında iştirak edən, azyaşlıları öldürən bir erməniyə Gürcüstanda abidə ucaldılması bütün dünya azərbaycanlılarını sarsıdıb. Bu, yolverilməzdir. Bu, iki ölkə arasında gərginliyin yaranmasına səbəb ola biləcək hadisədir. Gürcüstanın erməniyə abidə ucaltması qonşu və dostluq münasibətində olduğu Azərbaycana kürəyindən bıçaq zərbəsi vurması deməkdir".
 
Qeyd edək ki, yanvarın 20-də Gürcüstanın Axalkalaki rayonunun Buqaşen kəndində Dağlıq Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın abidəsi ucaldılıb. Açılış mərasimində Gürcüstan rəsmiləri- Akhalkalaki Bələdiyyə Başçısı Yurik Hunanyan, Bələdiyyə sədri Nairi İriçyana, Hakimiyyət orqanları, habelə millət vəkilləri Enzel Mkoyan və Samvel Manukyan eləcədə Ermənistanın fövqaladə və səlahiyyətli səfiri Ruben Sadoyan iştirak ediblər. Avagyanın abidəsinin və onun ətrafında salınan oyun meydançasının inşasına erməni diasporu iş adamı Gagika Avagyan maddi dəstək olub.
 
Xatırladaq ki, "kobra" ləqəbli M.Avagyan Qarabağ müharibəsi başlayan zaman Horadiz, Xocalı, Hadrut və Fizuli istiqamətlərində döyüşlərdə iştirak edib. O, azərbaycanlılara qarşı qəddarlığı ilə tanınıb.